İraq Kürdüstan Regional Rəhbərliyinin başçısı Məsud Bərzani Türkiyə əsgərinin Başika düşərgəsinə yerləşdirilməsinə qarşı İraq rəhbərliyinin sərt reaksiya verdiyi, terror təşkilatları İraq-Şam İslam Dövləti (İŞİD) və PKK ilə mübarizənin önə çıxdığı bir müddətdə Ankaraya əhəmiyyətli bir ziyarətə gəlib.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə,
Bərzani təyyarədən enər-enməz əvvəlcədən hazırlanan proqramın əksinə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla görüşməyə gedib.
Bərzani prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu tərəfindən qəbul ediləcək.
Görüşlərdə, Türkiyənin İraq və IKBY ilə əlaqələri, İŞİD-lə mübarizə və regional məsələlər müzakirə ediləcək.
Modern.az