Modern.az

Deputat təhsil sahəsində qanunların azlığından şikayətləndi

Deputat təhsil sahəsində qanunların azlığından şikayətləndi

Təhsil

9 Dekabr 2015, 16:45


Təhsil sahəsində daha yeni qanun layihələri qəbul edilməlidir.  

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri  İsa Həbibbəyli bu gün keçirilən iclasda deyib.   Onun sözlərinə görə, Azərbaycan 25 ildir müstəqildir. Amma bizim təhsil sahəsində yalnız bir qanun var. O da “Təhsil haqqında" qanundur:  

“Bu sahədə başqa qanun layihələri qəbul edilməyib. Baxmayaraq ki, qanun layihələri üzərində işlər gedir, amma yeni qanun layihələri qəbul olunmur.

Hesab edirəm ki, təhsil sahəsində daha yeni qanun layihələri qəbul edilməlidir. Məsələn, ali təhsil, orta ixtisas təhsili, peşə təhsili, məktəbəqədər təhsil haqqında yeni qanun layihəslərinə ehtiyac var. Bunun üçün hətta Azərbaycan Milli elmlər Akademiyasının potensialı da var”.  

İ.Həbibbəyli onu da bildirib ki, təhsil sahəsində yeni qanun layihələrinin hazırlanmasına və qəbul edilməsinə artıq start verməliyik:  

“Bununla bağlı artıq hazırlıq işlərinə başlanmalıdır.

Təhsil sahəsində qanunlar olduqca azdır, xüsusən də məktəbəqədər təhsillə bağlı qanuna bu gün daha çox ehtiyac var. Buna görə tez bir zamanda yeni və mükəmməl şəkildə hazırlanmış qanun layihəsi qəbul etməliyik. Bunun üçün ölkədə mövcud reallığı və dünya təcrübəsini öyrənməliyik. 2016-cı ilin yaz sessiyası ilə əlaqədar bu qanun layihəsini işləyib hazırlamalıyıq ”.

Aytən Zəhra

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi