Modern.az

"Günəşli” yatağındakı yanğın hələ də söndürülməyib

"Günəşli” yatağındakı yanğın hələ də söndürülməyib

9 Dekabr 2015, 17:03


“"Günəşli” yatağındakı yanğın hələ də söndürülməyib. Hazırda yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur". Modern.az xəbər verir ki, bu sözləri SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

"Saat 16:00-a olan məlumata görə, itkin düşən neftçilərin axtarışları nəticəsiz olaraq qalır. Axtarışlar FHN-nə məxsus, o cümlədən SOCAR-ın AZAL-dan götürdüyü helikopterlər, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus gəmilər vasitəsilə aparılır.

Baş mühəndis onuda qeyd edib ki, sabah SOCAR-la ABŞ-ın "Boots and Coots" şirkəti arasında "Günəşli" yatağındakı yanğının söndürülməsi ilə bağlı görüş keçiriləcək, müzakirələrdən sonra tədbirlər planı hazırlanacaq: 

"Onlar bizdən platformanın və avadanlıqların sxemini istəyiblər. Müzakirələrdən sonra tədbirlər planı hazırlanacaq və qərar veriləcək ki, yanğının söndürüməəsi neçə saat və ya neçə gün davam edəcək". Balamirzə Ağarəhimov bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar sualtı axtarışlar dayandırılıb. 

Emil Rasim

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi