Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn arasında təkbətək görüş olub.
Bu barədə KXCP-nin mətbuat xidmətindən Modern.az-a məlumat verilib. Görüş KXCP-nin qərargahında baş tutub.Görüşdən sonra partiya sədrlərinin rəhbərlik etdikləri partiyaların gələcəkdə təşkilati inteqrasiya da daxil olmaqla, sıx əməkdaşlıq etməsi üzrə danışıqlar apardığı və bu məsələlərin həmin təşkilatların kollektiv səlahiyyətli orqanlarının müzakirəsinə çıxarmaq barədə razılığa gəldikləri bildirilib.
Partiya sədrlərinin fikrincə, müxalifətə olan siyasi partiyaların birləşməsi prosesi indiki situasiyada aktual problemlərdin biri kimi önə çıxarılmalıdır.
Modern.az