Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayırıq. Modern.az saytı xəbər verir ki, bunu bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör öz “twitter” səhifəsində yazıb.
Qeyd edək ki, Leyla və Arif Yunuslar ötən ilin iyulunda həbs olunublar. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb. Bu ilin avqustunda Leyla Yunus əmlakı müsadirə olunmaqla 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum ediliblər. Arif Yunus bu yaxınlarda azadlığa buraxılıb. Leyla Yunus bu gün Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.
Modern.az