SOCAR "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəzada itkin düşən neftçilərin cəsədləri Xəzərin Qazaxıstan sərhədinə yaxın ərazisində tapılıb. Modern.az saytı xəbər verir ki, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.
X.Məmmədov platformada çalışan neftçilərin xilasedici jiletsiz olması ilə bağlı sosial şəbəkələrdə paylaşılan görüntülərə də toxunub: “Bəzi məsələdən, hadisədən xəbərsiz insanlar, məlumatsız və qeyri-peşəkar sosial şəbəkə istifadəçiləri həqiqətə uyğun olmayan paylaşımlar edirlər. Onlar anlamırlar ki, söhbət insan taleyindən gedir. Söhbət çox ciddidir. Bu, siyasi oyun deyil”.SOCAR rəsmisi "Günəşli" yatağında baş verən yanğın nəticəsində xəsarət alan neftçilərin gələcəkdə fəaliyyət göstərib-göstərməyəcəkləri məsələsinə aydınlıq gətirilib: “Müalicə başa çatdıqdan sonra xəsarət alan neftçilərin sağlamlığı qiymətləndiriləcək. Əgər onların sağlamlığı işləməyə imkan versə, öz işlərinə qayıdacaqlar. Əlil olmuş neftçilərin əlillik dərəcəsi isə müvafiq dövlət qurumları tərəfindən müəyyən olunacaq. Bu halda onlar həm əlillik dərəcəsinə görə müavinət alacaq, həm də onların sığortası var, buna görə də onlara müavinətlər veriləcək”.
Modern.az