Modern.az

Jurnalistləri Hacı, Kərbəlayı, Məşədi titullarını yazmamağa çağırıram

Jurnalistləri Hacı, Kərbəlayı, Məşədi titullarını yazmamağa çağırıram

Təhsil

10 Dekabr 2015, 11:25

Bir neçə dəfə təklif vermişdim ki, ümumiyyətlə rəsmi qaydada Hacı, Kərbəlayı, Məşədi adlarının istifadəsi qadağan olunmalıdır. Qoy küçədə-bacada, ev və qonşu dairəsində kimsə bu adlarla bir-birini çağırıb təkəbbür nümayiş etdirsin.

Bu tanıtım birbaşa dini xurafatla və saxtakarlıqla bağlıdır və heç vaxt səmimi din adamı özünə mənəvi borc olaraq gördüyü ziyarəti xatırladan faktı titul olaraq adının qarşısına pərçimləyib reklam etməz. Bu cahilliyi anladıq. Ancaq anlaşılmaz oldur ki, niyə belə bir cahillliyin yayılmasında daha çox rol alan bizim bir sıra media təmsilçilərimiz olur?

Xəbər paylaşırlar ki, Hacı filankəs tutuldu, Hacı filankəs buraxıldı. Adamın vətəndaş olaraq adı və soyadı varsa, rəsmi olaraq yayılan xəbərdə niyə dini titul işlədirlər, özləri də səbəbini bilmirlər. Təkcə dini ekstremizmə qarşı mübarizə kifayət etməz, həm də dini saxtakarlığa qarşı mübarizə vacibdir.

Dini xarakterli ziyarət adlarınin istifadəsinin saxtakarlıq olduğunu hamılıqla göstərməyə başlasaq, bu adların arxasında gizlənən insanların bunlarsız öz adları ilə nə qədər çılpaq göründüyünün şahidi olacaqsınız. Sadə bir nümunəni tarixdən göz önünə gətirin: Hz. Peyğəmbər (SAS)-ə Hacı Məhəmməd deyilibmi? Yaxud da Hz. Əbubəkr, Hz.Ömər, Hz. Osman və Hz. Əli kimi İslam böyüklərinə aid Hacı Əbubəkr, Hacı Ömər, Hacı Osman, Hacı Əli kimi tanıtımlara tarix mənbələrində rast gəlmisinizmi?

Savadlı jurnalistlərimizi bu qondarma dini titulların, tanıtımların mediada leqallaşdırmaqdan imtina etməyə çağırıram.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi