Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, Cənubi Koreyanın Dequ şəhərində yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadası (İJSO) keçirilib.
6 nəfər şagird və 3 nəfər müəllim heyəti ilə olimpiadada çıxış edən Azərbaycan məktəbliləri yeni bir uğura imza atıb. Belə ki, 43 ölkənin iştriak etdiyi bu olimpiadada Azərbaycan məktəblilərindən Hüseyn Babayev və Cəfər İsbarov gümüş, Turan Bədəlli, Emin Qayıbov və Turan Məmmədli bürünc medal qazanıblar.
Fizika, kimya və biologiya fənləri üzrə keçirilən XII Beynəlxalq Elm Olimpiadasında şagirdlər həm nəzəri, həm də praktiki biliklərini nümayiş etdiriblər.
Aytən ZƏHRA