Modern.az

Rafiq Əliyev: “Lütfi Zadə nasazlamışdı”

Rafiq Əliyev: “Lütfi  Zadə nasazlamışdı”

Təhsil

10 Dekabr 2015, 12:53


“Lütfi Zadə ilə dünən Bakı vaxtı ilə gecə birin yarısı danışdım. Səsi çox əla idi. Təxminən 10 il bundan qabaq səsi necə gur eşidilirdisə, indi də o cür idi. Mən buna çox sevindim. Özünə də dedim ki, nə yaxşı ki, sizin bu cür sağlam və şux olduğunuzu eşidə bilirəm”.
Bunu Modern.az saytına açıqlamasında Lütfi Zadə irsinin varisi, Süni İntellekt mərkəzinin rəhbəri professor  Rafiq Əliyev bildirib.

R.Əliyevin sözlərinə görə 94 yaşlı Azərbaycan əsilli dünya şöhrətli alim Lütfi Zadə hazırda özünü çox  yaxşı hiss edir və əmək fəaliyyətini bu gün də qoruyub saxlayır:

“Zadə hazırda çox yaxşıdır. Bir ara  nasazlamışdı. Amma indi hər şey qaydasına düşüb”.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan Lütfi Zadə dünya elmində inqilab etmiş alimlərdən biri sayılır. Bir müddət öncə keçirdiyi ürək əməliyyatından sonra həkimlərin bir çox yasaqları ilə üzləşsə də, sağlıq durumu stabildir.

Elmin NURİ

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi