Modern.az

"Qarabağ" UEFA Avropa Liqasındakı çıxışını dayandırıb

 "Qarabağ" UEFA Avropa Liqasındakı çıxışını dayandırıb

Təhsil

11 Dekabr 2015, 01:57


Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda  "Qarabağ" - "Anderlext"lə qarşılaşıb. Modern.az saytı xəbər verir ki, matçın 26-cı dəqiqəsində “Qarabağ” klubunun yarımmüdəfiəçisi Dani Kintana komandasını hesabda irəli çıxarıb - 1:0. Bu qoldan 2 dəqiqə sonra meydan sahiblərinin futbolçusu Endi Najar hesabı bərabərləşdirib. Bundan 3 dəqiqə sonra isə Okaka “Anderlexti” hesabda irəli çıxarıb. İlk hissə bu hesabla başa çatıb. Görüşün ikinci hissəsində “Qarabağ” futbolçuları çox çalışsalar da, rəqib qapısına yol tapa bilməyiblər və görüş 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.  

Beləliklə, Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasındakı çıxışını dayandırıb.

Qrupun digər qarşılaşmasında Londonda “Tottenhem” Fransanın “Monako” klubunu 4:1 hesabı ilə məğlub edib.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi