Modern.az

Avropa Liqası: 1/16 finala çıxan bütün komandalar - SİYAHI

Avropa Liqası: 1/16 finala çıxan bütün komandalar - SİYAHI

Təhsil

11 Dekabr 2015, 09:14


Ötən gecə Avropa Liqasında keçirilən 24 oyunla qrup mərhələsinə yekun vurulub.
Modern.az saytı xəbər verir ki, bu qarşılaşmalardan sonra 1/16 finala vəsiqə qazanan bütün komandalar müəyyənləşib.

Azərbaycanı təmsil edən  "Qəbələ" və "Qarabağ" qrup səddini aşa bilməyib.
Türkiyə klublarından isə yalnız "Fənərbaxça" növbəti mərhələyə yüksəlib. Çempionlar Liqasında qrup mərhələsini üçüncü pillədə başa vuran "Qalatasaray" da mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qeyd edək ki, Çempionlar Liqasından gələcək 8 komanda bunlardır: "Şaxtyor" (Donetsk, Ukrayna), "Mançester Yunayted" (İngiltərə), "Qalatasaray" (Türkiyə), "Sevilya" (İspaniya), "Bayer" (Leverkuzen, Almaniya), "Olimpiakos" (Yunanıstan), "Portu" (Portuqaliya), "Valensiya" (İspaniya)

Avropa Liqasında 1/16 finala yüksələn komandalar:

A qrupu: "Molde" (Norveç), "Fənərbaxça" (Türkiyə)

B qrupu: "Liverpul" (İngiltərə), "Sion" (İsveçrə)

C qrupu: “Krasnodar” (Rusiya), "Borussiya" (Dortmund, Almaniya)

D qrupu: "Napoli" (İtaliya), "Midtiyullan" (Danimarka)

E qrupu: "Rapid" (Avstriya), "Vilyareal" (İspaniya)

F qrupu: "Braqa" (Portuqaliya), "Marsel" (Fransa)

G qrupu: "Latsio" (İtaliya), "Sent-Etyen" (Fransa)

H qrupu: "Lokomotiv" (Moskva, Rusiya), "Sportinq" (Portuqaliya)

İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya)

J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika)

K qrupu: "Şalke" (Almaniya), "Sparta" (Çexiya)

L qrupu: "Atletik" (Bilbao, İspaniya), "Ausburq" (Almaniya)

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi