Modern.az

Deputat Naxçıvanda 12 açıq ürək əməliyyatı aparacaq

Deputat Naxçıvanda 12 açıq ürək əməliyyatı aparacaq

Təhsil

11 Dekabr 2015, 10:18

 

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanda mərhum prezident Heydər Əliyevin anım gününə həsr olunmuş aksiya keçirilir. Bu barədə Modern.az-a Milli Məclisin deputatı Rəşad Mahmudov məlumat verib.

"“Azərbaycan Səhiyyəsində yeniliklər” adlı elmi-praktiki konfrans Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilir. Konfransda dünyada tibb sahəsindəki ən son yeniliklər, Azərbaycan səhiyyəsinin son illərdəki nailiyyətləri və Naxçıvanda səhiyyənin bu günü və gələcəyi mövzuları müzakirə olunacaq".

"Aksiyada Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası tərəfindən 100-ə yaxın xəstə müayinə olunacaq, 12 xəstə üzərində açıq ürək əməliyyatı aparılacaq".

"Azərbaycan dövlətçiliyində və həmçinin səhiyyəsində son illərdə əldə edilən uğurlar məhz ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına miras qoyduğu yolun gözəl təzahürüdür. Ölkəmizin parlaq gələcəyini düşünən hər bir vətəndaş ulu öndərin ideyaları və arzularına gedən bu yolda əlindən gələni əsirgəməməlidir”- deyə, Rəşad Mahmudov bildirib.

Aksiya 10-14 dekabr tarixlərini əhatə edəcək.

Pərvin Arzuqızı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi