Modern.az

“Günəşli” yatağında itkin düşən neftçilərin axtarışı davam edir

“Günəşli” yatağında itkin düşən neftçilərin axtarışı davam edir

Təhsil

11 Dekabr 2015, 10:51


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Bu haqda Modern.az saytına məlumat verən Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov bildirib ki, xilsaedicilər sahilboyu ərazilərdə müşahidələr aparır:

“Hazırda Fövqaladə Hallar Nazirliyinin “Vixr-5” və “Vixr-8” tipli 2 gəmisi yanğının söndürülməsi, 4 helikopteri və “B-200ÇS” təyyarəsi itkin düşənlərin axtarışını aparır.

Həmçinin, nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri sahilboyu müşahidə işləri aparır”.

Dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 32 nəfər xilas edilib. 
İndiyədək 7 nəfərin cəsədi tapılıb, 23 nəfərin axtarışları davam etdirilir.

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi