Modern.az

Sərdar Cəlaloğlu Pənah Hüseynin ideyasını bəyənmədi: “Biz o hərəkatda iştirak edə bilmərik”

Sərdar Cəlaloğlu Pənah Hüseynin ideyasını bəyənmədi: “Biz o hərəkatda iştirak edə bilmərik”

Təhsil

11 Dekabr 2015, 11:31


Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseynlə Klassik Xalq Cəbhəsi Partiyasının sədri (KXCP) Mirmahmud Mirəlioğlu bir araya gələrək Azərbaycanda yeni xalq hərəkatının yaradılması ətrafında söhbətlər aparırlar. Bu müzakirədə partiyaların birləşdirilməsi də gündəmdədir.

Maraqlıdır, Azərbaycan Demokrat Partiyası (ADP) belə bir ideyanı necə qarşılayır?

ADP sədri Sərdar Cəlaloğlu isə Modern.az-a açıqlamasında deyib ki, bu ideya siyasi inkişafı irəli aparmayacaq: “Biz bu prosesdə iştirak edə bilmərik. Belə bir prosesin olması barədə də heç bir məlumatım yoxdur. Bunun sadə bir səbəbi var. Xalq hərəkatının hədəfi çoxpartiyalı siyasi sistemin yaradılmasına nail olmaqdır. Əgər biz yenidən partiyalı siyasi sistemi ləğv edib, hərəkat sisteminə qayıdacağıqsa, bu o deməkdir ki, irəli yox, geri gedirik. Xalq hərəkatı ideyasının özü proqressiv olmadığından ideyanı düzgün hesab etmirik. Hər halda, yoldaşlar belə bir qərara gəlibsə, biz bunu alqışlayırıq”.

Namidə BİNGÖL       

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi