İctimai Televiziyanın “Yeni gün” Departamentinin direktoru Rauf Rəcəbov vəzifəsindən azad edilib. Modern.az saytına verilən xəbərə görə R.Rəcəbova televiziyada başqa vəzifə verilib. O, "Carçıfilm" yaradıcılıq birliyinə direktor müavini təyin olunub.
Qeyd edək ki, Rauf Rəcəbov “Yeni gün”dən əvvəl İctimai Televiziyanın “Azsaylı xalqlar” Departamentinin direktoru kimi çalışıb.
Elmin NURİ