Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

11 Dekabr 2015, 13:29

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə zəif dumanlı, gün ərzində əsasən yağmursuz keçəcəyi,  çiskin olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7,  gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər  bəzi  yerlərdə duman olacağı,  şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.  

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  3-8  dərəcə isti olacağı gözlənilir.

Tibbi meteoroloji proqnoz

Dekabrın 12-13-də Abşeron yarımadasında iqlim normasına  yaxın temperatur rejimi meteohəssas insanlar ücün əsasən əlverişlidir.

Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi