Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bu səhər qatılacağı proqramı ləğv edib. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, prezident sarayında proqramların ləğvinin səbəbi ilə bağlı açıqlama verilməyib.
Sonradan məlum olub ki, prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın beşinci nəvələri dünyaya gəlib.
Prezident sarayındakı mənbələrdən əldə edilən məlumata görə, Ərdoğanın qızı Esra Albayrak, dünən gecə üçüncü dəfə ana olub.
Berat və Esra Albayrak cütlüyünün dünyaya gələn oğlan uşaqlarından əlavə 10 yaşında Ahmet və 6 yaşında Mahinur adında iki uşaqları var.
Prezident Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın oğulları Bilal Ərdoğan ilə Reyyan Erdoğanın da 9 yaşında Ömər Tayyib və 2 yaşında Ali Tahir adlı iki uşaqları var.
Modern.az