Modern.az

“Günəşli”dəki qəzanın zərərçəkənlərinə nə qədər sığortapulu ödənəcək? - AÇIQLAMA

“Günəşli”dəki qəzanın zərərçəkənlərinə nə qədər sığortapulu ödənəcək? - AÇIQLAMA

Təhsil

11 Dekabr 2015, 15:46

“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alanlara, ölən və itkin düşənlərin ailələrinə sığorta ödənişləri olacaq”.
Modern.az xəbər verir ki, bu haqda jurnalistlərə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov məlumat verib.

O qeyd edib ki, həmin insanlar Dövlət Neft Şirkətinin bütün işçiləri kimi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna əsasən, icbari qaydada sığortalanır:

“Həmin qanuna əsasən, bədbəxt hadisə nəticəsində xəsarət alan və ölən insanların himayəsində olan şəxslərə sığorta ödənişləri verilir. Onlara nə qədər sığorta haqqının ödəniləcəyini deyə bilməyəcəyəm. Çünki bu, əmək haqqından, ailə tərkibindən və s. asılıdır. Lakin həmin şəxslərə sığorta ödənişləri olacaq”.

Namiq Xəlilov ailələrə ödəniləcək sığorta haqlarının fərqli məbləğ olacağını qeyd edib: “Onların hər biri üçün ayrıca hesablama düsturu var. Təbii ki, hamı üçün eyni məbləğ olmayacaq”.

 Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi