Din xadimi kimi təqdim olunan Nuhbala Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçən hər hansı dini icmanın rəhbəri deyil. Bu haqda Modern.az saytına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsindən komitəyə verilən məlumata görə, Nuhbala Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur: “Dini icma kimi komitədə qeydiyyatdan keçməyən “Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə, Nardarandakı ibadət evlərinin fəaliyyətinə komitə və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib”.
Gülşən RAUFQIZI