Modern.az

Bakıda 24 yaşlı qız dəm qazından vəfat etdi

Bakıda 24 yaşlı qız dəm qazından vəfat etdi

11 Dekabr 2015, 19:03


Bakıda 24 yaşlı qız dəm qazından boğulub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda 1991-cı il təvəllüdlü Əzizova Nərmin Rəhim qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirərkən zərərçəkmişi hamamda huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı N.Əzizovanın dəm qazından vəfat etdiyi müəyyən olunub.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi