Modern.az

Azərbaycanlı dünya çempionu Rusiyada saxlanılıb

 Azərbaycanlı dünya çempionu Rusiyada saxlanılıb

11 Dekabr 2015, 21:55


Məşhur azərbaycanlı samboçu Sadiq Kərimov Rusiyada saxlanılıb. Modern.az saytı “Novosti” agentliyinə istinadən xəbər verir ki, Sankt-Peterburqda tutulub.

S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.  

Məlumata əsasən, azərbaycanlı idmancı 2012-ci ildə kafedə iki nəfərdən, onları ölümlə hədə-qorxu gələrək, 3 milion rubl tələb edib.  

Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi