Türkiyənin qərbində baş verən ağır yol qəzası nəticəsində 11 tələbə həlak olub, 6-sı yaralanıb. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, dəhşətli qəza Van əyalətində Van-Erciş yolunda qeydə alınıb.
İmtahandan gələn tələbələrin olduğu mikroavtobus digər mikroavtobusla toqquşub. Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki açıqlanmır. Modern.az