Modern.az

Suriyalı qızın ürəkləri sızladan vəsiyyəti

Suriyalı qızın ürəkləri sızladan vəsiyyəti

Təhsil

12 Dekabr 2015, 15:30


Dünyada ən böyük qaçqın böhranı yaşandığı zaman Suriyada yaşayan minlərlə dinc əhali Əsəd rejiminin və Rusiyanın bombardmanlarından xilas olmağa çalışır. Yüzlərlə insanın aclıqdan və bombalanma nəticəsində həyatını itirdiyi bu faciədə suriyalı uşaqlar yaşadıqları böyük ağrıları yazı və şəkillər vasitəsilə dünyaya çatdırmağa çalışır.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyəni xilaskar kimi göstərən suriyalı uşağın portretindən sonra yenə kiçik bir qızın yazdığı vəsiyyət məktubu bir daha ürəkləri sızladıb.

Sosial mediada baxış rekordu qıran suriyalı qız çəkdiyi rəsmlərlə tabutun içində özünü təsvir edərək ailəsinə yazdığı vəsiyyətdə bildirib:

“Bu, mənim vəsiyyətimdir. Anam, səndən mənim gözəl güllərimi yad etməyini və yatağımı olduğu kimi buraxmağını istəyirəm. Bacım, dostlarıma de ki, o aclıqdan öldü. Və sən mənim qardaşım, üzülmə! Dediyimizi xatırla, ey ölüm mələyi! Tələs və ruhumu al ki, artıq cənnətdə nahar edim. Mən çox acam. Ey ailəm, mənim üçün qorxmayın! Mən sizin yerinizə də cənnətdə çox yeyəcəyəm”.  

Ağa Akifoğlu

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi