Modern.az

Pələngə gəlin gətirəndə keçini köçürəcəklər

Pələngə gəlin gətirəndə keçini köçürəcəklər

Təhsil

12 Dekabr 2015, 15:42


Volyerdə pələnglə bir yerdə qalan Timur adlı keçi bir müddət ayrı yaşamalı olacaq. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Ussuriya pələngi Amur üçün gəlin gətirəndə dostları ayırmaq planlaşdırılır.

Ancaq safari-parkın bələdçisi deyib ki, bu yaxın müddətdə baş verməyəcək.

Amur adlı pələnglə Timur adlı keçinin qeyri-adi dostluğu minlərlə adamı maraqlandırıb. Vəhşi heyvan onun üçün gətirilən keçini yeməkdən imtina edib. Timur cəsarət göstərib, hətta sonradan pələngin yataq yerini də zəbt edərək onu saxlanma yerinin damında gecələməyə məcbur edib. Elə o vaxtdan heyvanlar vaxtlarının çox hissəsini bir yerdə keçirir və oynayırlar.

Keçi ilə birgə yaşayış zamanı pələngi vaxtaşırı canlı yeməklə təmin ediblər, o isə bircə dəfə Timura hücum etməyə belə cəhd göstərməyib.

Modern.az  
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi