İraqdakı Sadr qrupunun lideri şiə din adamı Mukteda El Sadır “Türkiyə işğalı qapıdadır” deyib.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Nəcəfin Kufe məscidindəki xütbəsində camaata səslənən El Sadır qruplaşma olaraq Amerika işğalına qarşı döyüşdüklərini xatırladıb: “Türk işğalı qapıdadır. Bəzi qruplar buna qarşı həm hərbi, həm də başqa yollarla döyüşür. Bu qruplar əgər vəzifələrini yerinə yetirə bilməzsə, müdaxiləyə hazırıq”.İraqın paytaxtı Bağdad başda olmaq üzrə bu gün Basra, Meysan və Babildə sui-istifadələrə qarşı təşkil edilən izdihamlı nümayişlərdə Türkiyənin Mosula əsgər göndərməsinə də etiraz edilib, Ankaranın hərbçilərini çəkməsi istənilib.
Basra elinin məclisi də təşkil etdiyi yığıncaqda Türkiyə mallarını boykot qərarı verilib. Məclis ayrıca Türkiyə firmalarına qarşıda təşkil ediləcək tenderlərə qatılmasına maneə törədiləcəyi qərarını da qəbul edib. Məclis dünən başlayan Basra beynəlxalq sərgisinin sponsorluğunu da ləğv edib. Cəmi 70 firma və 10 ölkənin qatıldığı sərgini təşkil edən Türkiyə şirkətinin sponsorluğunu ləğv edən məclis, Türkiyə mallarına boykot qərarı verib. Ancaq Türkiyə şirkəti sərgini bir Misir şirkətinin təşkil etdiyini iddia edir.
Sabah Basrada şiə milislərin başçılıq edəcəyi bir nümayişin təşkil edilməsi gözlənilir.
Modern.az