Modern.az

İtkin neftçilər Türkmənistanda axtarılır

İtkin neftçilər Türkmənistanda axtarılır

Təhsil

12 Dekabr 2015, 17:02

 

Bu gün  Xəzər dənizinin Türkmənistan ərazisində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və “Neft daşları” yatağında itkin düşən 3 nəfərin axtarışına başlanılıb.

“Azneft” İstehsalat Birliyində yaradılmış operativ qərargahdan Modern.az saytına verilən məlumata əsasən ərazidəki axtarışlar təyyarə vasitəsilə həyata keçirilir.

Məlumatda bildirilir ki, bunun üçün Türkmənistan Dövlət Sərhəd Xidmətindən icazə alınıb. Ərazidə axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) uzaq məsafələri axtarmaq üçün müəyyənləşdirilmiş bir təyyarəsi həyata keçirir.

Bu təyyarə dənizə eniş edə bilir. Bundan başqa Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğının söndürülməsi, Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlamor” tipli 2 gəmisi ərazidə monitorinq keçirir. Aviasiya dəstəsinin “BE-200 ÇS” tipli amfibiya təyyarəsi və 3 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvə və şəxsi heyəti dənizdə itkin düşənlərin axtarış-xilasetmə işlərini aparır.

Eyni zamanda, FHN-nin Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri Bayıl ərazisində sahilboyu axtarış həyata keçirirlər.

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi