FİFA-nın Etika Komitəsinin 90 gün cəza verilən UEFA-nın prezidenti Mişel Platininin məhkəməyə verdiyi etiraz müraciəti rədd edilib.
Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, Beynəlxalq İdman Mülki Məhkəməsi (CAS) FİFA-nın qərarını haqlı sayıb.FİFA prezident seçkiləri üçün yarışacaq namizədlər yanvarın 5-də aydınlaşacaq. Ancaq Platininin 2016-cı ilin fevralında keçiriləcək seçkilərdə namizəd kimi iştirakı müşkül görünür.
FİFA-nın baş katibi Matthieu Reeb indiki vəziyyəti belə şərh edib: "Müvəqqəti cəzası ləğv edilsə belə, FİFA-nın Seçki Komitəsinin gələn il yanvarın 5-dən əvvəl Mişel Platiniyə namizədlik yolunu açacağına dair bir təminat yoxdur”.
Platini bu gün Parisdə keçiriləcək Avropa Çempionatının final mərhələsi üçün keçiriləcək püşkatmaya da qatılmayacaq. Fransalı keçmiş məşhur futbolçu 2011-ci ildə FİFA-dan aldığı 2 milyon frank üçün sənəd göstərmir.
Ağa Akifoğlu