Dekabrın 12-də Parisdə Fransada baş tutacaq futbol üzrə Avropa-2016-nın final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Modern.az xarici mediaya istinadən bildirir ki, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq püşkatmanı keçmiş Avropa çempionları Rudd Qullit (Hollandiya, 1988-ci il) və Bişente Lizarazu (Fransa, 2000-ci il) keçirəcəklər.
Mərasimdə Oliver Birhoff (Almaniya, 1996-cı il), Anqelos Xaristeas (Yunanıstan, 2004-cü il), Antonin Panenka (Çexoslavakiya, 1976-cı il), David Trezeqe (Fransa, 2000-ci il) və Visente del Boske (İspaniya millisinin baş məşqçisi, 2012-ci il) iştirak edəcəklər.
Püşkatma zamanı 24 komanda 6 kvartet üzrə paylaşacaq. Püşkatma 1-ci səbətdən başlayacaq. İlk çıxarılan şar B qrupundakı Avropa çempionatı 2016-cı il iyunun 10-da başlayacaq. Final oyunu iyulun 10-da “Stad-de-Frans”da keçiriləcək.
Modern.az