Ukraynada separatçıların elan etdiyi “Luqansk Xalq Respublikası”nın ərazisində yerli kazakların atamanı Batya ləqəbli Pavel Dremov öz toyuna gedərkən öldürülüb. Modern.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, Pervomaysk-Staxanov yolunda atamanın olduğu avtomobil partladılıb.
Partlayış hansı vasitə ilə həyata keçirildiyi açıqlanmır. Qondarma respublikanın prokurorluğunda Dremovun öldüyü təsdiqləyiblər. Partlayış zamanı sürücü sağ qalıb.
39 yaşlı ataman Ukraynanın Voroşilovqrad vilayətinin Kadievka şəhərində anadan olub. Ukraynanın cənub-şərqindəki hərbi münaqişə zamanı Aleksey Mozqovoyun “Prizrak” batalyonu ilə əməkdaşlıq edib. Mozqovoy da 2015-ci ilin may ayında Perevalsk-Luqansk yolunda təxribat nəticəsində məhv edilib.
Modern.az