Modern.az

Ermənistan beynəlxalq hüquqa hörmətsizlik edir - XİN-in cavabı

 Ermənistan beynəlxalq hüquqa hörmətsizlik edir  - XİN-in cavabı

Təhsil

12 Dekabr 2015, 20:02


“Ermənistanın ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesində qeyri-konstruktiv, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş siyasəti və hətta həmsədr dövlətlərin prezidentləri səviyyəsində verilmiş bəyanatların mahiyyətini təhrif etməkdən belə çəkinməməsi Minsk qrupu formatına qarşı ən böyük hörmətsizliyin nümunəsidir”. Modern.az saytı xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın iddialarına cavab verən Azərbaycan Xarici İşlər Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

APA-ya açıqlamasında H.Hacıyev qeyd edib ki, Ermənistan bu siyasətini 3-4 dekabr 2015-ci il tarixində ATƏT-in Belqradda Nazirlər Şurasının keçirildiyi və Minsk qrupu həmsədrlərinin xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli ilə əlaqədar bəyanatla çıxış etdikləri bir vaxtda cəbhədə vəziyyəti gərginləşdirməklə bir daha nümayiş etdirib: “Ümumiyyətlə, BMT nizamnaməsinə zidd olaraq, güc tətbiq etmək və qanlı etnik təmizləmə törətməklə, Azərbaycanın ərazilərini işğal etməsi və münaqişə ilə əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə məhəl qoymaması, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər törətməsi, o cümlədən Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini abidələrin vandalizmə məruz qoyması Ermənistanın beynəlxalq ictimaiyyətə və beynəlxalq hüquqa qarşı hörmətsizlik və etinasızlığının ifrat göstəricisidir”.  

Xatırladaq ki, E. Nalbandyan dünən Avstriyada Ermənistanın xarici ölkələrdəki səfirləri və beynəlxalq təşkilatlardakı daimi nümayəndələri ilə görüşüb. Həmin görüşdə o, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin çağırışına cavab olaraq son günlər cəbhə xəttindəki vəziyyətin gərginləşməsini həmsədr ölkələrə və beynəlxalq ictimaiyyətə vurulmuş sillə kimi qiymətləndirib.

 

Modern.az     

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi