Modern.az

Azərbaycan voleybolçusu dünya rekordçusu olub

 Azərbaycan voleybolçusu dünya rekordçusu olub

Təhsil

12 Dekabr 2015, 21:21


Azərbaycan voleybolçusu Polina Rəhimova bir oyunda maksimal xalların sayında yeni dünya rekordçusu olub. Modern.az xəbər verir ki, bu barədə Report.az saytı məlumat yayıb. Məlumata görə, "Bodi Kvinsis" komandasında çıxış edən Rəhimova bu uğura Yaponiya çempionatında "Hitaçi Rivale" ilə görüşdə imza atıb.

O, təkbaşına 58 xal toplayıb. 25 yaşlı voleybolçunun komandası görüşü 3:2 (26:24, 22:25, 23:25, 25:22, 15:9) hesabı ilə qalib gəlib.

Qeyd edək ki, öncəki rekord 57 xalı olan bolqarıstanlı voleybolçu Elitsa Vasilyevaya məxsus idi.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi