Modern.az

Suraxanıda yanğında bir nəfər zəhərlənib

  Suraxanıda yanğında bir nəfər zəhərlənib

12 Dekabr 2015, 23:07


Paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2 nəfər xilas edilib. Hadisə zamanı 1 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən evdən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi