Modern.az

İtkin neftçilərin axtarışı üçün dənizdə bon çəpəri qurulub

İtkin neftçilərin axtarışı üçün dənizdə bon çəpəri qurulub

14 Dekabr 2015, 09:59

Dekabrın 4-də tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəzadan sonra itkin düşən 23 nəfərin axtarışı davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun Modern.az saytına verdiyi son məlumata görə, hazırda 4 gəmi, 3 helikopter neftçilərin axtarışına cəlb edilib: “Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğının söndürülməsi, Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlamor” 2 gəmisi ərazidə 600 metr bon çəpəri quraraq işini davam etdirir.

Bundan başqa, aviasiya dəstəsinin 3 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvə və şəxsi heyəti dənizdə itkin düşənlərin axtarış-xilasetmə işlərini aparır”.

İndiyədək 7 nəfərin cəsədi tapılıb.


Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi