Modern.az

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib

Fuad Muradov seçiciləri Milli Məclisdə qəbul edib

Təhsil

14 Dekabr 2015, 10:42

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Fuad Muradov parlamentdə seçicilərlə ilə görüşüb. Təmsil etdiyi dairədə yaşayan seçiciləri və eyni zamanda Gənclər və idman komitəsinə müraciət edən vətənaşları ayrı-ayrılıqda qəbul edən millət vəkili onların problemlərini dinləyib. Deputata ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər və s. problemlər üstünlük təşkil edib.

Seçicilərinin problemlərini  və təkliflərini  dinləyən deputat bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Deputat F.Muradov seçicilərin ona ünvanladığı bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bildirib.

F.Muradov ümumilikdə 50 nəfərin müraciətinə baxıb.








Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi