Modern.az

“28 cinema”dan hədiyyə - biletlər cəmi 3 manata

“28 cinema”dan hədiyyə - biletlər cəmi 3 manata

14 Dekabr 2015, 08:51

Azərbaycanın premium kinoteatrı “28 Cinema” 14 dekabr tarixində öz ad gününü qeyd edir. 

Hər il olduğu kimi bu il də kinoteatr öz tamaşaçıları üçün hədiyyə hazırlayır. Belə ki, məhz bu gün saat 18:00-a kimi alınan biletin dəyəri cəmi 3 manat olacaq. Kinoteatr öz tamaşaçılarını onu bu 3 il ərzində dəstəklədiyi və hər zaman sevimli kinoteatra loyallıq göstərdiyi üçün təşəkkür edir.

28 Cinema düz 3 il bundan öncə ilk dəfə Azərbaycanda Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəkləri tətbiq etməyə başladı. Məhz bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün oldu ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda 28 Cinema kinotetrını insanların sevdiyi məkana çevirdi.

“28 Cinema” hər zaman olduğu kimi öz tamaşaçılarına premyeralar, yeni layihələr təqdim etməyə hazırdı!

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.



Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi