Modern.az

Prokuror iki gün sonra Rauf Mirqədirova cəza istəyəcək

Prokuror iki gün sonra Rauf Mirqədirova cəza istəyəcək

14 Dekabr 2015, 12:17

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi davam etdirilib.

Onun hüquqlarını müdafiə edən vəkil Fuad Ağayevin Modern.az saytına verdiyi məlumata görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqı yekunlaşıb: “Dekabrın 16-da məhkəmə çıxışları başlayacaq”.

Vəkil “Rauf Mirqədirovun bəraət alacağına ümidlər varmı” sualına, “indidən proqnoz vermək istəmirəm” cavabını verib.

Məhkəmə istintaqı yekunlaşdığından prokurorun dekabrın 16-da Rauf Mirqədirova cəza istəyəcəyi gözlənilir.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib. Bakıya gətirilən jurnalist barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. Jurnalistlə bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyində aparılıb.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi