Tanınmış idmançı, əlbəyaxa döyüş və boks üzrə dəfələrlə dünya çempionu, sambo üzrə Rusiya çempionu dar çərçivədə “Qara canavar” ləqəbi ilə tanınan Sadiq Kərimovun Sankt-Peterburqda tutulması ciddi səs-küyə səbəb olub.
Modern.az saytı Rusiya mediasına istinadən bildirir ki, əslən Azərbaycandan olan Sadiq Kərimov kriminal qurumların xeyrinə 3 milyon rubl fırıldaqçılıqda şübhəli bilinərək saxlanılıb.
Rusiyanın şimal paytaxtının banditizmə qarşı baş bölməsinin əməliyyatçıları onu Moskvaya növbəti yarışa gedərkən qatardan düşürüblər. Sonradan Primorski rayon məhkəməsinin qərarı ilə Kərimov iki ay müddətinə həbs edilib. Onun havadarlarının bir neçəsi də həbs edilib.
“Qara canavar”ın saxlanılmasının səbəbi 2012-ci ilin payızında baş verən hadisə olub. Əməliyyatçıların versiyasına görə, Kərimov və ehtimal olunan havadarları o zaman iki nəfərdən 3 milyon rubl qoparıblar. Bu işin üstü isə yalnız indi açılıb.
Modern.az