Modern.az

Tərtər sakini Gəncədə yıxılıb öldü

Tərtər sakini Gəncədə yıxılıb öldü

Təhsil

14 Dekabr 2015, 13:23


Tərtər şəhər sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, dekabrın 12-də Tərtər şəhər sakini Zabil Allahverdiyev Gəncə şəhərində təmir işləri apardığı evin 3-cü mərtəbəsindən yıxılması nəticəsində xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Dekabrın 11-də isə Binəqədi rayonunun Novxanı bağlar sahəsində Bakı şəhər sakini Famil Həmidov həmyerlisinə məxsus bağ evində təmir işləri apararkən 2-ci mərtəbədən yıxılaraq ölüb.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi