Modern.az

““Günə baxan”ın 6 gün yayımlanması şok xəbər deyil”

““Günə baxan”ın 6 gün yayımlanması şok xəbər deyil”

14 Dekabr 2015, 14:20

ANS telekanalının efirində yayımlanan “Günə baxan” verilişi bundan sonra həftənin 6 günü yayımlanacaq. Bu haqda Modern.az saytına açıqlama verən aparıcı Elgiz Əkbər verilişin saat 12:00-dan sonra yayımlanmama səbəbinə aydınlıq gətirib.

O qeyd edib ki, efir gününün uzadılması ilə əlaqədar verilişin saatı qısaldılıb:

““Xəbərçi”nin 12:00 buraxılışına keçməzdən əvvəl tamaşaçılarla sağollaşmışam. Efir birdən-birə kəsilməyib, bu, əvvəlcədən nəzərdə tutulmuşdu. Yəni “şok” xəbər deyil”.

Bu gün saat 12:00-dan sonra “Günə baxan” verilişinin yayımlanmaması tamaşaçılarda verilişin dayandırılması kimi anlaşılıb.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi