Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

14 Dekabr 2015, 14:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi iə əvəz olunacaq.  

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 7-10, Bakıda gecə 4-6,  gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan772 mm civə sütununa yüksələcək, nisbi rütubət isə gecə 75-85, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə sulu qar yağacağı, Lənkəran-Astara zonasında intensiv olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.  Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.  

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  3-8  dərəcə isti olacağı gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi