Bəzi Kütləvi İnformasiyaVasitələrində yayımlanan “BDU-dan Elçibəyə qarşı hörmətsizlik” başlıqlı yazı cəmiyyətdə birmənalı qarşılanmayıb.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Bakı Dövlət Universiteti ilə əlaqə saxlayıb. Universitetin Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova saytımıza bildirib ki, BDU-nun rəsmi saytının əsas səhifəsində əsasən elm xadimləri olan AMEA-nın həqiqi və müxbir üzvlərinin, əməkdar elm xadimlərinin, görkəmli professorların adları verilib: "Bununla belə bildiririk ki, universitetin rəsmi saytının «Strukturlar» bölməsinə daxil olan Mətbuat və informasiya şöbəsinin saytının «Görkəmli məzunlar» hissəsində fakültələr üzrə verilmiş siyahıda əksər tanınmış məzunların, o cümlədən Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin də adı var.
Eyni zamanda BDU-nun 95 illik tarixi ilə bağlı nəşr edilmiş kitabın “görkəmli məzunlar” bölməsində də sabiq prezident kimi Əbülfəz Elçibəyin şəkli və haqqında məlumat çap olunub”.
Modern.az