Bu gün Şabran rayonu Surra kəndinin sakinləri, yerli icra hakimiyyəti və Surra bələdiyyəsinin nümayəndələri, İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dəvəçi çayı üzərində piyada keçidinin inşası layihəsinin uğurla başa çatmasını qeyd etmək üçün bir araya gəldilər.
Modern.az xəbər verir ki, bu piyada keçidinin inşası ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilib və yerli QHT olan ÜMİD təşkilatı tərəfindən icra olunub.
Bakı-Quba magistral yolundan 3km aralıda yerləşən Surra kəndi ərazisindən axan Dəvəçi çayı kəndi iki hissəyə bölür ki, 40-dan çox ailəningündəlik gediş-gəlişini və məktəblilərin dərsə davamiyyətini çətinləşdirir. Yağışlı havalarda vəziyyət daha da çətin olurdu, çünki çayın üzərində körpü yox idi.
Bu problemi həll etmək üçün Surra İcma İnkişaf Şurası SEDA layihəsi ilə birlikdə çalışaraq, Dəvəçi cayıüzərində 42 metr uzunluğunda piyada keçidini inşa etməklə, şəhərlə əlaqə yaratdı və sakinlərin təhlükəsizliyini təmin etdi.
Robert Sekuta bildirdi:
"Surra piyada keçidinin inşasının başa çatdırılması yerli icmaların özlərinə kömək etməsi, birlikdə işləməsizamanı nələr əldə etməyin mümkün olduğuna bariz nümunədir”.
Sekuta həmçinin həyat şəraitini yaxşılaşdırmaq üçün yerli resursları səfərbər etdiklərinə görə icmaya təşəkkür etdi. İqtisadiyyat və Sənaye Nazirliyinin Quba-Xaçmaz Regional Şöbəsinin müdiri cənab Mətləb Cəfərov əhalinin həyatşəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən regionlarda maliyyələşdirilən müxtəlif infrastruktur layihələrindən bəhs etdi. Cənab Cəfərov SEDA layihəsi çərçivəsində USAID ilə əməkdaşlığı yüksək qiymətləndirdivə bu əməkdaşlığın Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramına töhfəsini vurğuladı.
Şərq-Qərb İdarəetmə İnstitutu (EWMİ) tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi vəQHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən SEDA layihəsi icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət qurumlarının birgə iştirakını təşviq edir.
Modern.az