Modern.az

"Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim?" - Yekun

"Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim?" - Yekun

14 Dekabr 2015, 16:19


Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Demokratik İslahatçı Gənclər" İctimai Birliyi "Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim?" mövzusunda tədbir keçirib.

Modern.az   xəbər verir ki, tədbirdı ictimai birliyin rəhbəri Vüsalə Hüseynli bildirib ki, layihənin əsas məqsədi Azərbaycan həqiqətlərini, Qarabağ problemini dünyaya daha yaxından tanıtmaq məqsədilə mətbu sözün təsir gücündən səmərəli istifadəyə nail olmaqla, eləcə də Azərbaycan haqqında beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir:
"Bu məqsədlə bir qrup mətbuat nümayəndələri, gənclər, ictimaiyyət nümayəndələri ilə müxtəlif dəyirmi masalar keçirilib. Dəyirmi masaların nəticəsi olaraq irəli sürülən maraqlı təkliflərib əlaqədar qurumlara təqdim edilməsi nəzərdə tutulub”.

Tədbirdə iştirak edən vətəndaş cəmiyyətinin digər üzvləri, rəsmi qurumların təmsilçiləri bu, mövzuda fikirlərini bölüşərək, Azərbaycanı xaricdə necə təmsil etməyin yollarından, xarici mediaya necə çıxmağım üsullarından danışıblar, informasiya müharibəsində düşmənlərə qalib gəlməyin əsas vasitəsi kimi medianın olduğunu bildiriblər.

Ağa  Akifoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi