Hakimlərin Seçki Komitəsinin bu gün keçirilən iclasında mövcud vakansiya və hakim kadrlarına ehtiyaclarla bağlı məsələ müzakirə edilib. Komitədən Modern.az saytına verilən məlumata görə, iclasda hakimliyə namizədlərin sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınıb. Hakimliyə namizədlərin sənədləri 15 dekabr 2015-ci il tarixdən Hakimlərin Seçki Komitəsi tərəfindən qəbul ediləcək (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə).
Hakimliyə namizədlər üçün əlverişli şərait yaradılması məqsədilə “Hakimliyə Namizədin Yaddaş Kitabçası”, tələb edilən sənədlərin siyahısı, hakim vakansiyaları barədə və digər məlumatlar Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib (www.jlc.gov.az). İmtahanların keçirilməsi ilə bağlı digər aidiyyəti məsələlər barədə əlavə məlumat veriləcək.
Modern.az