Modern.az

"28 Cinema" yeni aksiya təşkil edib

 "28 Cinema" yeni aksiya təşkil edib

Təhsil

14 Dekabr 2015, 16:26


Dekabrın 17-də 28 Cinema kinoteatrında “Ulduzlar müharibəsi. Epizod VII: Gücün oyanışı”. premyerası baş tutacaq. Həmin filmə öncədən bilet alan tamaşaçılar, xüsusi oyuncaqlar udmaq imkanı qazanırlar. Modern.az saytı xəbər verir ki, bu maraqlı aksiya  The Entertainer oyuncaqlar dükanı ilə birlikdə təşkil olunur.

Artıq əfsanəyə çevrilmiş “Ulduzlar müharibəsi” filmi sadəcə 6 epizoddan ibarət maraqlı bir film deyil. Bu film dünya kino janrında “fantastika” adında bir janrın peydə olmağının əsas səbəblərindən biri olub. 7-ci epizodun rejissoru Cey Adams oldu. Məhs bu amilin filmə təzə nəfəs gətirəcəyi və yeni pərəstişkar toplamaqda əsas ümidlərdən biri olacağı bildirilir. Filmdə baş rolları ifa etdi: Con Boyeqa, Deyzi Ridli, Oskar Ayzek, Adam Drayver, Donal Qlison, Xarison Ford, Mark Hemill, Kerri Fişer, Maks Fon Syudov, Endi Serkis.  

Qısaca film haqqında: Dart Veyder və İmperatorun ölümündən 30 il sonra Qalaktika yenə də təhlükədədir. “Yeni Qanun” birliyi başda lider Snouk və onun sağ əli Kayl Ren ilə İmperiyanın əməllərini təkrar etməklə hakimiyyəti ələ almaq istəyirlər. Bu çətin vəziyyətdə qismət Rey və Finni-ni imperiya dövrünün qəhrəmanları olan Xan Solo, Çubakka və şahzadə Ley ilə görüşdürür. Birlikdə onlar “Yeni Qanun”a qarşı mübarizə aparmalıdırlar, lakin vəziyyət elə gətirir ki, yalnız ceday Kayl Renn və Snouka qarşı mübarizə apara bilər. Bununla Qalaktikada yalnız bir nəfər sağ qalacaq.  

Müsabiqə haqqında daha ətraflı məlumatı 28 Cinema-nın korporativ saytında və ya rəsmi feysbuk səhifəsindən əldə edə bilərsiniz.

Modern.az

   
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi