Modern.az

Xaricdə təhsil alan tələbələr Qarabağ həqiqətlərini dünyaya çatdırmalıdır

 Xaricdə təhsil alan  tələbələr Qarabağ həqiqətlərini dünyaya çatdırmalıdır

Təhsil

14 Dekabr 2015, 20:36


 “Azərbaycanlı tələbələr həm də ölkəmizi xaricdə təmsil edən nümayəndələrdir. Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük vəzifələr düşür. Bu mənada harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrənməlidir ki, tariximizə sahib çıxa bilsinlər”. Modern.az saytı xəbər verir ki, bu fikirləri Millət vəkili Qənirə Paşayeva 478 azərbaycalı tələbənin oxuduğu Sakarya Universitetində tələbələrlə görüşündə bildirib.

Millət vəkili Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması, qondarma “erməni soyqırımı” yalanlarına qarşı mübarizədə gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib və sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb: “Hər birinizin oxuduğunuz universitetdə Türkiyədən və müxtəlif xarici ölkələrdən dostlkarınız var və eyni zamanda sosial şəbəkələrdə çoxlu xarici dostlarıniz var. Onlarla ünsiyyətdə Azərbaycan, Qarabağ həqiqətləri barədə daim məlumatlar vermək, gerçəkləri çatdıqmaq lazımdır”. 

Qeyd edək ki, görüşün sonunda bir sıra öyrəncilərə millət vəkili həmmüllifi olduğu “Karabağ hikayeleri” kitabını imzalı hədiyyə edib.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi