Modern.az

"Günəşli"də quyularından birində yanğın söndürülüb

  "Günəşli"də quyularından birində yanğın söndürülüb

Təhsil

14 Dekabr 2015, 20:57


"Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın ocaqlarından biri ram edilib. Modern.az saytı SOCAR-a istinadən xəbər verir ki, özülün quyularından birində yanğın söndürülüb.

Belə ki, şirkətin mütəxəssisləri prosesə cəlb olunan amerikalı mühəndislərlə birlikdə iki günlük çalışmadan sonra xüsusi kollektoru çiləmə sisteminə yerləşdirməyə nail olublar.

Bu üsulun əhəmiyyəti ondan ibarətdir ki, su təzyiqlə birbaşa dənizin təkində qaz quyusuna, qazın çıxdığı yerə birbaşa vurulacaq. Bununla da borunu soyutmaq mümkün olacaq ki, mütəxəssislər onun üzərində işləyə və güclü təzyiqlə çıxan qazın qarşısını almaq üçün borunun ağzını bağlaya bilsinlər.

Bundan sonra yanğınla mübarizə daha sabit və daha təhlükəsiz, başlıcası isə daha səliqəli şəkil alacaq. Suyun quyuya vurulmasına ötən gün başlanmalı olsa da, tez-tez dəyişən hava şəraiti müəyyən çətinliklər yaratdığından proses bu günə qədər təxirə salınıb. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi