Modern.az

“Baku Bus” avtobusu qəza törətdi

 “Baku Bus” avtobusu qəza törətdi

Təhsil

14 Dekabr 2015, 22:13


Paytaxtda “Baku Bus” MMC-yə məxsus 2 nömrəli sərnişin avtobusunun iştiraki ilə yol nəqliyyat hadisəsi baş verib. Modern.az saytı xəbər verir ki, bu barədə Report.az məlumat yayıb.

Məlumata görə, avtobus "Mitsubishi" markalı minik avtomobilinin ön hissəsini əzib. Nəticədə avtomobilin mühərrik qismi də zədələnib, yan güzgüsü qırılıb.

Avtobusun sürücüsü qəzanın səbəbini 65 nömrəli avtobusun gözlənilmədən qarşısına çıxması ilə izah edib. Sərnişinlər boşaldılıb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi