Modern.az

Tanınmış vəkil Elton Quliyev vəfat etdi

Tanınmış vəkil Elton Quliyev vəfat etdi

16 Dekabr 2015, 09:25

 

Tanınmış vəkil Elton Quliyev vəfat edib.

Modern.az saytının xəbərinə görə, bu barədə onun həmkarı Adil İsmayılov məlumat verib.

Elton Rasim oğlu Quliyev 1956-cı il fevralın 28-də Ağdam şəhərində qulluqçu ailəsində anadan olub.

1962-63-cü illərdə Ağdam şəhər 1 saylı orta məktəbdə, 1963-1972-ci illərdə Bakı şəhərinin 190 saylı orta məktəbində təhsil alıb.

1972-77-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1977-ci ildə təyinatla daxili işlər orqanlarına işə götürülüb.

1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.

1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb. 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Ailəlidir, iki uşağı var.

Allah rəhmət eləsin!  



Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı