Paytaxtda məktəbəqədər kurs mərkəzində yanğın hadisəsi olub. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, hadisə Bakı şəhəri, Səbail rayonunda qeydə alınıb.
Üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan məktəbəqədər kurs mərkəzində dəhlizin taxtadan ibarət arakəsmə divarı 2 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az